TƏMAS XƏTTİNDƏ GƏRGİNLİK: düşmənin daha bir təxribatının qarşısı alındı

img

27-03-2020 [13:14]


Bu gün saat 12:00 radələrindən başlamaqla Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrimiz və arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələri Ermənistanın Noyemberyan rayonunun Boqanis kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Mia.az-a verilən məlumata görə, düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş və snayper mövqeləri cavab atəşi ilə susdurulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR