Vilayət Eyvazov qərargahın iclasında: "Paytaxda girişə qadağa olsa da, buna cəhd edənlər var"

img

26-03-2020 [22:15]


"Ölkənin müxtəlif yerlərində postlar qoyulub, lakin buna baxmayaraq, bəzi vətəndaşlarımız həm öz, həm də xidmət edən polis əməkdaşlarının həyatını riskə ataraq, tələb olunan karantin rejiminin qaydalarını pozurlar".

Bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən iclasında bildirib.

Nazir deyib ki, bununla bağlı 746 nəfərə inzibati xəbərdarlıq edilib, digər tədbirlər görülüb: "Bir nəfərə isə cinayət işinin qaldırılması istiqamətində işlər aparılır. Bakıya gəlişin məhdudlaşdırılmasına baxmayaraq, vətəndaşlar postlara qədər həm maşınla, həm də maşınsız gəlib, sonra da paytaxta girməyə cəhd edirlər. Belə şəxslərin 99 nəfəri konkret müəyyən olunub, barələrində müvafiq tədbirlər görülüb".

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR