"Yaxamı burax..." - Sabiq deputatın virusdan ölən bacısı qızının son sözləri

img

26-03-2020 [17:27]


Xəbər verdiyimiz kimi, dünən CHP-nin Amasiya bölgəsi üzrə keçmiş deputatı Ramiz Topalın bacısı qızı koronavirusdan ölüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulda yaşayan 33 yaşlı Dilək Tahtalı ölümündən  əvvəl sosial şəbəkədəki hesabından son durumu ilə bağölı ürəkdağlayan paylaşımlar edib: “Baş ağrısı, halsızlıq, axşam başlayıb bütün gecə insanı yatmağa qoymayan öskürək... Temperaturum düş, yaxamı burax! Hər dəqiqə sirkə-aspirinli su, ilıq duş, buz kimi havada eyvana çıxmaqdan huşumu itirəcəm”.

Qeyd edək ki, Dilək martın 10-da qrip diaqnozu ilə xəstəxanaya yatırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Acı xəbərlə bağlı açıqlama verən sabiq deputat deyib ki, Dilək xərçəng xəstəliyindən əziyyət çəkirmiş: "Lakin o, martın 10-da qriplə xəstəxanaya yatırıldı. Öülüm raporunda da vəfat səbəbi "yolxucu xəstəlik" göstərilib".

Mia.az

 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR