Sumqayıtın seçki dairələri və məntəqələrində seçki öncəsi müşahidələr

img

26-09-2013 [13:45]



Sentyabr ayının 17-də Sumqayıt şəhərinin 43 saylı seçki dairəsinin 1, 17, 15, 16, 26, 24, 23, 25, 20, 21, 22 saylı məntəqələrində, sentyabrın 18-də 44 saylı seçki dairəsinin 9, 5, 6, 7, 8, 11, 13, 15, 16, 14, 12, sentyabrın 19-da 13, 14, 15, 16, 11, 12, 9, 10, 7, 8 saylı məntəqələrində, sentyabrın 21-də 41 saylı seçki dairəsinin 23, 24, 30, 34, 29, 28, 14, 27, 16, 25, 26 saylı məntəqələrində prezident seçkisi öncəsi prosesi öyrəndik. Buna görə göstərilən seçki dairələrində və məntəqələrində olduq. Yəni seçki öncəsi prosesi Sumqayıtdakı 4 seçki dairəsinin həm özündə, həm də dairələrin 43 məntəqəsində müşahidə etdik və izlədik. Bütün seçki dairələrində və məntəqələrində qeydiyyatdan keçdik.

Müşahidələrimiz, dairə sədrlərinə, məntəqə sədrlərinə və üzvlərinə ünvanladığımız suallar, seçici siyahıları ilə, təbliğat və təşviqat sənədləri ilə tanışlığımız göstərdi ki, seçkiqabağı situasiya Sumqayıt şəhərində ümumən qənaətbəxşdi.

Eyni zamanda bir çox məntəqələrdə aşağıdakı texniki nöqsan və çatışmazlıqlar da vardı:

1.Bəzi məntəqələrin texniki təchizatında çatışmazlıqlar var.

2.Bəzi seçki məntəqələrinə gedən yollarda tanınma işarələri azdı.

3.Bir seçki məntəqəsində darvaza birbaşa yoldan qoyulmayıb.

4.Bir neçə seçki məntəqəsində ilk dəfə səs verən insanların sayı dəqiqləşdirilməyib.

Qeyd etməliyəm ki, dairə və məntəqə sədrləri bizi çox mehribanlıqla qarşıladılar və seçki gününə qədər göstərilən nöqsanların aradan qaldırılacağını bildirdilər.

Bütün dairələrdə və məntəqələrdə şəkillər çəkdik.

Müşahidə prosesində bizə yardım göstərən, seçki prosesini gözəl bilən, gözəl insan və vətəndaş olan Sumqayıt şəhər sakini Sərxan Ağayevə dərin minnətdarlığımı bildirirəm.

Qüdrət İsaqov

Fizika-riyaziyyat elmləri doktoru, professor,

Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) akademiki,

ATEA-nın Fəxri Rentgen Medalı Laureatı,

Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı

baş redaktorunun müavini,

AMEA Fizika İnstitutunun əməkdaşı,

Respublikanın bütün ərazisi üzrə müşahidəçi,

Prezidentliyə keçmiş namizəd.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA