ABŞ-dan koronavirusla bağlı ilginc hesabat: "17 gün qala bilirlər..."

img

25-03-2020 [22:14]


Koronavirus səthlərdə 17 gün qala bilər.

Bu, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin hesabatında bildirilir.

Mütəxəssislər üç kruiz gəmisindəki COVID-19-a yoluxma hallarını araşdırıblar. Bildirilir ki, gəmilər müxtəlif ölkələrdən olan səyahətçilərin yerləşdikləri məhdud ərazi olması səbəbindən yoluxucu xəstəliklərin yayılması üçün münbit şərait yaradılır.

Fevral ayında 700-dən çox insanın koronavirusa yoluxduğu “Diamond Princess” kruiz gəmisini araşdırdıqdan sonra elm adamları COVID-19 virusunun iki həftədən çox yaşaya biləcəyi qənaətinə gəliblər. Qeyd edilir ki, sərnişinlər bütün kayutları tərk etdikdən 17 gün sonra da burada SARS-CoV-2 aşkar olunub/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub