"Qaçqınkom" Fonda 30 min köçürdü

img

25-03-2020 [19:45]


Bəşəriyyət üçün böyük təhlükəyə çevrilmiş COVID-19 pandemiyasına qarşı ölkəmizdə aparılan geniş miqyaslı mübarizə xalqımızın bu virusun ağır fəsadlarından etibarlı şəkildə qorunmasına yönəlib. Prezidentin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsində əhalinin müxtəlif təbəqələrinin fəal iştirak etməsi ictimai həmrəyliyin və dövlət-vətəndaş birliyinin bariz nümayişidir.

Mia.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSİF) əməkdaşları da koronovirus xəstəliyinin ölkəmizdə yayılmasının qarşısını almaq və onunla mübarizə tədbirlərinə maliyyə dəstəyini təmin etmək məqsədi ilə bu həmrəylik aksiyasına qoşulublar.

Dövlət Komitəsi və MKSİF əməkdaşların biraylıq əmək haqqının 50 faizini təşkil edən 30 min manat məbləğində vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Əhalinin ən həssas qurplarından olan məcburi köçkünlərlə işləyən komitə əməkdaşları əmindirlər ki, dövlətimizin qətiyyətli addımları, hökumətimizin məqsədyönlü tədbirləri, xalqımızın həmrəyliyi, hər bir vətəndaşımızın məsuliyyətli davranışı sayəsində ölkəmizdə bu təhlükəli virusun geniş yayılmasının qarşısı qısa müddətdə alınacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR