Keçmiş Xarici İşlər naziri saxlanıldı

img

25-03-2020 [17:53]


Ukraynanın keçmiş Xarici İşlər naziri Leonid Kojara saxlanılıb.

Ukrayna Daxili İşlər nazirinin müavini Anton Qeraşenko bildirib ki, L. Kojara evində planlaşdırılmış qətl törətməkdə şübhəli sayılır.

Hazırda sabiq Xarici İşlər naziri məhkəməyə aparılır.

Qeyd edək ki, “Atlantic Group” şirkətinin direktoru 56 yaşlı Sergey Staritskiy bir ay əvvəl L.Kojaranın evində ölüb. Polis öncə intihar versiyasını nəzərdən keçirsə də, daha sonra bunun qətl olduğu üzə çıxıb. Qətldə sabiq nazir şübhəli bilinir.

L.Kojara 2012-2014-ü illərdə Ukraynanın Xarici İşlər naziri olub/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR