Nemət Pənahlıya daha bir itki üz verdi

img

26-09-2013 [12:48]


Məhbus siyasətçi Nemət Pənahlının qayınatası Hüseyn Orucov sentyabrın 25-i axşam saatlarında vəfat edib. Məlumatı "Media forum” saytına mərhumun qızı, Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı verib.
Milli azadlıq hərəkatının öncül simalarından olan Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Həbsdə olduğu müddətdə Nemət Pənahlı atası Əhəd Pənahlını (2012-ci il yanvarın 13-də) və anası Sara Pənahlını (2013-cü il aprelin 10-da) itirib. Nemət Pənahlıya valideynlərinin yas mərasimlərində iştirak etmək imkanı verilməyib.
Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA