Koronavirusa görə marketlərin döşəmələrində məsafənin saxlanılması ilə bağlı işarələr qoyulub

img

24-03-2020 [17:49]


“Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə artıq ölkənin bir sıra marketlərinin döşəmələrində insanlar arasında 2 metrlik məsafənin saxlanılması ilə bağlı işarələr qoyulub”.

“Report” xəbər verir ki, bu barədə Qida Təhülkəsizliyi Agentliyinin (AQTA) sektor müdiri Ramazan Nəbiyev bildirib.

R.Nəbiyev qeyd edib ki, marketlərin döşəmələrində işarələr qoyulsa da, qoyulmasa da vətəndaşlar arasında 2 metrlik məsafə olmalıdır: “Buna həm vətəndaşlar, həm də sahibkarlar diqqət yetirməlidirlər”.

Onun sözlərinə görə, istehlakçılar sıxlığın az olduğu vaxtlarda alış-verişə getməlidirlər: “Kassalarda dayanarkən insanlar arasında iki metrlik məsafə mütləq şəkildə saxlanılmalıdır”.

Xatırladaq ki, Azərbaycanda bu günə qədər 72 koronavirus xəstəsi qeydə alınıb. Onlardan 10 nəfəri sağalıb, bir nəfər ölüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR