DİN Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 000 000 manat vəsait köçürüb

img

24-03-2020 [17:09]


Daxili İşlər Nazirliyi (DİN) Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 000 000 manat vəsait köçürüb.

DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, nazirliyin rəhbər vəzifəli əməkdaşlarının aylıq təminat xərcliyinin 50 faizini, şəxsi heyət üçün nəzərdə tutulmuş mükafat və yardım hesabında toplanan vəsaitin bir hissəsini təşkil edən bu məbləğ Azərbaycan Respublikası Prezidentinin müvafiq təşəbbüsünə dəstək olaraq ölkədə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə ianə edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR