Azərbaycanda üç gün ərzində havalar isti keçəcək

img

24-03-2020 [16:06]


Azərbaycanda üç gün ərzində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mia.az-a verilən məlumata görə, yaxın üç gün ərzində ölkə ərazisində nisbətən sabit, əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir.

Zəif cənub-şərq istiqamətində külək əsəcək. Havanın temperaturu tədricən 2-3° yüksələrək Bakıda və Abşeron yarımadasında 18°, Mərkəzi Aran rayonlarında 20°, dağlıq rayonlarda 13°-dək isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR