Vasif Talıbov seçki ilə bağlı müzakirə apardı

img

25-09-2013 [22:32]


Sentyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməyə gələn ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının rəhbəri xanım Tana de Zuluetanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Ali Məclisin Sədri ölkəmizdə prezident seçkilərinə hazırlıq işlərinin aparıldığını bildirib. Qeyd edib ki, ATƏT-in müşahidə missiyası Azərbaycan dövlətinin dəvəti ilə ölkəmizə gəlib. Ölkəmizdə, eləcə də muxtar respublikada müşahidəçilərin fəaliyyətinin təmin olunduğunu bildirən Ali Məclisin Sədri ATƏT-in müşahidə missiyasına işlərində uğurlar arzulayıb.

Qəbula görə minnətdarlıq edən Tana de Zulueta Naxçıvan Muxtar Respublikasında ATƏT-in müşahidə missiyasının nümayəndələri üçün yaradılan şəraitdən razılığını bildirib, prezident seçkiləri zamanı qarşıya qoyulan öhdəliklərin yerinə yetirilməsi sahəsində ardıcıl tədbirlərin görüldüyünü qeyd edib.

Görüşdə prezident seçkiləri zamanı beynəlxalq müşahidəçilərin fəaliyyətinin təşkili və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA