"Daha 7 nəfəri itirdik, ümumi yoluxanların sayı isə... " - Koronavirus Türkiyədə sürətlə yayılır

img

24-03-2020 [00:48]


Koronavirus Türkiyədə sürətlə yayılır.

Mia.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca sosial şəbəkədəki hesabında məlumat yayıb.

O bildirib ki,  Türkiyədə son 24 saat ərzində 7 nəfər ölüb, daha 293 nəfər koronavirusa yoluxub: "Bu gün 3672 nəfərin üzərində testin nəticəsi bəlli oldu. Daha 293 nəfərin koronavirusa yoluxması təsdiqləndi. Çabalarımıza rəğmən, 7 nəfəri itirdik. Bununla da Türkiyədə yeni tip koronavirüs səbəbindən ölənlərin sayı 37-yə, yoluxanların sayı isə 1529-a çatdı".

Nazir paylaşımında gənclərə də səslənib: "Yoluxmanın xaricində deyilsiniz. Həyatınızı yavaşladın. Riskə girməyin. Riski evinizə daşımayın. Evdə qalın. Həyat evə sığar".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR