"Sədərək" və "Binə" fəaliyyətini dayandıracaq - Hökumət sözçüsü yaşlı insanlar üçün tədbirlər planı haızrlandığını deyir

img

23-03-2020 [22:20]


"Səhiyyə işçilərinin güclü fəaliyyətinə baxmayaraq ölkə daxilində virusa yoluxma faktları var".

Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov ölkədə tətbiq olunacaq xüsusi rejimlə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

İ.Məmmədov əlavə edib ki, xüsusi yaş qruplarında olan şəxslər üçün tədbirlər planı hazırlanır: "Qısa müddətdə planda əksini tapan məsələlər açıqlanacaq".

Martın 24-dən etibarən Sədərək və Binə ticarət mərkəzləri də fəaliyyətini dayandıracaq.

İbrahim Məmmədov onu da bildirib ki, ordunun və əhalinin təhlükəsizliyin təmin olunması üçün bütün tədbirlər görüləcək.

Onun sözlərinə görə, səfərbərlik məsələsi hökumətin gündəliyindədir və yəqin ki, yaxın günlərdə bununla bağlı müvafiq qərar veriləcək.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR