"Bundan sonra da hansısa icra başçısı xoşagəlməz hallara yol verəcəksə..." - Sabiq icra başçısı

img

23-03-2020 [15:25]


Fevralın 9-da keçirilən seçkilərdə deputat mandatı əldə edən Kəlbəcərin sabiq icra başçısı Aqil Məmmədov APA-ya müsahibəsində son aylar həbs olunan icra başçılarından danışıb.

Mia.az xəbər verir ki, o, "Son dövrlər bəzi icra başçıları həbs olundu. Keçmiş həmkarlarınızın həbsi Sizdə hissləri yaratdı?", - sualına belə cavab verib: "Adi vətəndaş da bu mənzərəni normal qəbul edə bilməz. Əgər ölkə rəhbəri etimad göstərib, vəzifəyə təyin edibsə, həmin şəxs o etimadı dəyərləndirməli, xalqa xidmət etməlidir. Ölkə rəhbəri bu şəxslərə bir tapşırıq verib ki, xalqa xidmət etsin. Əgər kimsə bu tapşırığı yerinə yetirmirsə, xoşagəlməz hallara yol verirsə, bu tədbir görülməli idi. Mən inanıram ki, bundan sonra da hər hansı İcra Hakimiyyəti başçısı xoşagəlməz hallara yol verəcəksə, yenə də həmin addımlar atılacaq. Bunu hər kəs düşünməli, anlamalı və işini lazımi səviyyədə qurmalıdır".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR