Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

img

22-03-2020 [12:11]


Gürcüstanda koronavirusa yoluxma hallarının sayı 54 nəfərə çatıb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi saytda bildirilib.

Karantində 1 966, stasionar nəzarətdə isə 259 nəfər saxlanılır. Koronavirusa yoluxanlardan biri tam sağalıb/Report.

Qeyd edək ki, dünyada yeni növ koronavirusa yoluxanların sayı 300 min nəfəri ötüb. Hazırda dünya üzrə 307 277 yoluxma halı qeydə alınıb, 92 372 nəfər sağalıb, 13 048 nəfər dünyasını dəyişib.


Digər xəbərlər
SON XƏBƏRLƏR