Qırğızıstanda fövqəladə vəziyyət elan edildi - Koronavirusa görə

img

21-03-2020 [16:48]


Orta Asiya ölkəsi Qırğızıstanda koronavirusa görə fövqəladə vəziyyət elan edilib.

"RİA Novosti” xəbər verir ki, bunu ölkənin Nazirlər Kabineti açıqlayıb.

Fövqəladə vəziyyət martın 22-dən tətbiq ediləcək.

Qeyd edək ki, Qırğızıstanda indiyədək 12 yoluxma faktı qeydə alınıb. Bütün yoluxmalar Səudiyyə Ərəbistanı və Küveytdəki müqəddəs ziyarətgahlara səfər edən şəxslərdir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR