Bakıda işçi marketdən 200 min manatlıq ərzaq oğurlayib

img

21-03-2020 [15:31]


Bakıda mağazadan oğurluq edən şəxs tutulub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki marketlərin birindən oğurluğa cəhd göstərən oranın keçmiş işçisi olan Ucar rayon sakini K.Hüseynov saxlanılıb. 

Ətrafında aparılan tədbirlərlə onun 2019-cu il dekabr ayının 10-dan cari il mart ayının 19-dək olan müddətdə həmin marketin anbarından naməlum şəxslərlə birgə 200 000 manat dəyərində ərzaq məhsulları oğurlaması da müəyyən edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub