ƏƏSMN-in tabeliyində daha bir qurum yaradıldı - Əli Əsədov qərar verdi

img

19-03-2020 [21:21]


Nazirlər Kabineti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin yaradılması haqqında qərar verib.

Mia.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılıb.

Qərarla “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Nizamnaməsi”  və Strukturu təsdiqlənib, işçilərinin say həddi 70 ştat vahidi müəyyən edilib.

Qərarda qeyd olunub ki, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın nizamnamə fondu 1 000 000 (bir milyon) manat təşkil edir və işsizlikdən sığorta fondunun vəsaiti hesabına formalaşdırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin dövlət qeydiyyatına alınmasını “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təmin etmək tapşırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR