Koronavirus nədən yaranır? - Rusiyalı alimdən maraqlı açıqlama

img

19-03-2020 [18:40]


Rusiyada Smorodintseva adına Elmi-Tədqiqat İnstitutunun alimləri koronavirusun genomunu deşifrə ediblər.

Artıq onlar effektiv vaksin və dərman hazırlanması üçün zəruri olan məlumatlar əldə ediblər.

“Araşdırmalar virusun təbii mənşəli olduğunu - heyvanlardan və yenə də yarasalardan yarandığını təsdiqləyir. Beləliklə, hansısa qəsdli addımın olmadığına bir daha əmin oluruq”, - İnstitutunun rəhbəri Dmitri Lioznov deyib.

Araşdırma nəticəsində əldə edilən məlumatlar SARS-CoV-2 koronavirusunun qlobal təkamülünü izləmək üçün ÜST və dünyanın aparıcı tədqiqat qrupları tərəfindən istifadə edilən beynəlxalq EpiCoV GISAID verilənlər bazasına köçürülüb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR