Türkiyəli nazirdən İran və İtaliyaya ittiham: "Virusun yayılmasına səbəb olublar"

img

19-03-2020 [16:40]


“Koronavirusdan ölüm halları əsasən diabet, ürək-damar və xroniki ağciyər xəstəliklərindən əziyyət çəkən və yaşı bir qədər çox olan insanlarda üstünlük təşkil edir”.

Bunu Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edən Səhiyyə naziri Fəxrəddin Qoca deyib.

Nazir koronavirusun yayılmasına görə İran və İtaliyanı ittiham edib.

“İran koronavirusun bütün ölkələrə, İtaliya isə Çindən gələnlərin ölkəyə səfər etməsinə icazə verməklə xəstəliyin Avropaya yayılmasına səbəb olub”, - deyə F. Qoca vurğulayıb.

Nazir bildirib ki, hava limanlarında termovizorlar vasitəsilə 4 milyondan çox sərnişin yoxlanışdan keçirilib, quru sərhədlərində isə 189 min sərnişindən 1103-ü karantinə alınıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR