Türkiyədə futbol oyunları dayandırıldı

img

19-03-2020 [15:15]


Futbol üzrə Türkiyə liqalarının oyunları dayandırılıb.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin (TFF) iclasında qərar qəbul olunub.

İddiaya görə, Superliqa da daxil olmaqla, ölkə çempionatlarında bir ay müddətinə bütün matçlar təxirə salınıb. Rəsmi açıqlamanı TFF prezidenti Nihat Özdemir və Gənclik və İdman Naziri Mehmet Muharrem Kasapoğlunun verəcəyi gözlənilir.

Qeyd edək ki, daha əvvəl Türkiyədə futbol matçlarının azarkeşsiz keçirilməsinə qərar verilmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR