İranda koronavirusdan ölənlərin sayı artıb

img

19-03-2020 [15:12]


İranda daha 149 nəfər koronavirusun qurbanı olub.

“Report” IRNA-ya istinadən xəbər verir ki, İran səhiyyə nazirinin müavini Əlirza Rəisi ölkədə infeksiyadan ölənlərin sayının 1 284 nəfər olduğunu açıqlayıb.

O bildirib ki, daha 1 046 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 18 407 nəfərə çatıb.

K.Cahanpur həmçinin 5 979 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR