Bakıda sarımsaq qısamüddətli bahalaşmadan sonra yenidən ucuzlaşıb 

img

19-03-2020 [11:29]


Bakıda sarımsaq qısamüddətli bahalaşmadan sonra yenidən ucuzlaşıb. 

Bu, "Report"un marektlərdə apardığı araşdırma nəticəsində məlum olub. 

Xatırladaq ki, dünyada, o cümlədən Azərbaycanda yayılmış koronavirus infeksiyasından qorumaq üçün əhalinin sarımsağa tələbatı kəskin artmışdı. Son nəticədə bu məhsulun 1 kiloqramının qiyməti 15 manata yüksəlmişdi. Hazırda isə qiymətlər 7-8 manat civarında dəyişir. Məsələn, hazırda “Araz” və "Bazarstore" supermarketlər şəbəkəsində 1 kq sarımsağın qiyməti manat 7,5 manat, “Bravo” marketlərdə 8 manat, “Oba” marketlərdə isə 6,9 manat təşkil edir. 

İnsanlar sarımsağa koronavirusdan qorunmaq üçün vasitə kimi baxsa da,  mütəxəsislər hesab edir ki, əsas məsələ immuniteti qorumaq, bol vitaminli qidalara üstünlük verməkdir. 

Qeyd edək ki, hazırda Azərbaycanda 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Ötən gün koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş 4 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR