Son 2,5 ayda dünya iqtisadiyyatı 5 trilyon dollardan çox itkiyə məruz qalıb

img

19-03-2020 [11:10]


"Hər gün minlərlə insan öldürücü virusa yoluxur, yüzlərlə xəstə həyatını itirir".

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İradə Hüseynova bildirib.

Onun sözlərinə görə, dünya iqtisadiyyatının əksər sahələri, xüsusilə turizm sektoru, beynəlxalq ticarət, yanacaq sənayesi, digər sahələr iflic vəziyyətinə düşməkdə, fond birjaları çökməkdədir:

"Təqribi hesablamalara görə, son 2,5 ay ərzində dünya iqtisadiyyatı 5 trilyon dollardan çox itkiyə məruz qalmışdır və bu itki günbəgün böyüyür. İnsanın inanmağı da gəlmir ki, bütün bunların səbəbkarı mikroskopik varlıqlardır. Həmin varlıqlar, onların növləri və təkamülü, törətdikləri kütləvi epidemiya və pandemiyalar bu gün çox ciddi problemlərə səbəb olur".


Digər xəbərlər
SON XƏBƏRLƏR