Macarıstandan 123 azərbaycanlı vətənə gətirildi

img

19-03-2020 [10:47]


Bu gecə "Azərbaycan Hava Yolları" QSC (AZAL) Macarıstanın paytaxtı Budapeştdən Bakıya çarter reysi həyata keçirib. 

Mia.az AZAL-a istinadən xəbər verir ki, aviareyslə 123 nəfər Azərbaycan vətəndaşı vətənə qayıdıb.

Bu, Azərbaycanın Milli aviadaşıyıcısının son günlər Avropadan yerinə yetirdiyi 2-ci çarter reysidir. Bundan əvvəl İtaliyanın paytaxtı Romadan Bakıya 161 nəfər gətirilmişdi. 

Bundan başqa, AZAL ötən gün İstanbul-Bakı istiqaməti üzrə 237 nəfər Azərbaycan vətəndaşının olduğu çarter reysi həyata keçirib. 

AZAL həmçinin Rusiyanın “Aeroflot” şirkəti əldə etdiyi razılaşma əsasında qonşu ölkənin paytaxtı Moskvadan və Sankt-Peterburq şəhərindən çarter reyslərini davam etdirir. Bu günə qədər həmin reyslərlə Bakıya 697 nəfər Azərbaycan vətəndaşı gətirilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR