Bu gündən rayon qeydiyyatı olanlar Bakı, Sumqayıt və Abşerona buraxılmayacaq - DİN-dən xəbərdarlıq

img

19-03-2020 [00:03]


Bu gecə saat 00.00-dan etibarən Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna digər şəhər və rayon qeydiyyatına olan avtomobillərin və həmin avtomobillərin sərnişinləırinin girişi dayandırılacaq.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, artıq adıçəkilən şəhərlərin və Abşeron rayonunun girişlərində polis postları qurulub və Nazirlər Kabineti yanında Operativ Qərargaın məlum qərarı bu gecə saat 00.00-dan qüvvəyə minəcək.

E.Zahidov Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna ara yollarla daxil ola bilmənin mümkünlüyü barədə sosial şəbəkələrdə yayılam məlumatlara da münasibət bildirib. Onun sözlərinə görə, əsas magistral yollardan başqa, Bakı, Sumqayıt şəhərlərinə, Abşeron rayonuna aparan ara yollarda da polis postları qurulub və həmin yollar da bağlı olacaq. 

DİN sözçüsü onu da bildirib ki, Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu qeydiyyatında olan avtomobillər və vətəndaşlar digər şəhər və rayonlara sərbəst gedib qayıda bilərlər.

E.Zahidov vətəndaşları Operativ Qərargahın məlum qərarına ciddi şəklildə əməl etməyə çağırıb/APA

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahının qərarı ilə martın 19-da saat 00.00-dan etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR