Neft bazarında nə baş verir? - “Financial Times”dən təhlil
18-03-2020 [17:23]
Dünyadakı neft saxlancları eyni vaxtda yanacağa olan tələbatın azalması və bazarda təklifin həddindən artıq olması səbəbindən artıq yaxın aylarda ən yüksək dolma səviyyəsinə çata bilər.
Bu barədə Britaniyanın “Financial Times” qəzeti iri enerji treyderlərinə istinadən yazıb.
Məqalədə qeyd olunub ki, neftə tələbat rekord sürətlə azalmağa başlaya bilər, çünki sənaye cəhətdən inkişaf etmiş bir çox ölkə təcrid olunacaq və böyük şəhərlər koronavirusun yayılmasını yavaşlatmaq üçün qətiyyətli tədbirlər görəcəklər. Ekspertlərin hesablamasına görə, aprel ayında tələbat gündə 5 milyon barel (qlobal tələbatın 5%-i) azal bilər. İqtisadiyyatın yavaşlamağa davam edəcəyi təqdirdə isə tələbin azalması artıq yazda gündəlik 25 milyon barelə çata bilər.
“Digər tərəfdən, neft bazarındakı qiymət müharibəsi yalnız izafi təklifi artıracaq. Belə ki, Səudiyyə Ərəbistanından neft təchizatı 25% artacaq, Rusiya və BƏƏ də bazar payı uğrunda mübarizədə hasilatı artıracaq. Bütün bunlar gündəlik neft artıqlığının 8 milyon barel olmasına gətirib çıxara bilər. Eyni zamanda neft qiymətləri aşağı düşməyə davam edə bilər ki, bu da bəzi istehsalçıları hasilat həcmini azaltmağa və ya yataqları bağlamağa stimullaşdırmalıdır. Beləliklə, dünyanın yerüstü saxlanc gücləri bazarda yaranacaq tələb və təklif arasındakı fərqi tam şəkildə qarşılaya bilməyəcək. Treyderlərin hesablamalarına görə, saxlancların dolma səviyyəsi artıq 61%-dən çoxdur və altı aydan az müddətdə bu həcm tam tükənəcək”, - məqalədə deyilir.
FT yazıb ki, belə vəziyyətdə treyderlər özləri üçün ən bahalı saxlama metoduna – bilavasitə dənizdəki tankerlərə keçməli olacaqlar. Ancaq bunu etmək olduqca çətin olacaq, çünki Səudiyyə Ərəbistanının neft bazarını “su üstündə saxlamaq” istəyi tankerlərin qiymətinin iki dəfədən çox artmasına səbəb olub.
Xatırladaq ki, martın əvvəlində OPEC+ ölkələri neft hasilatını azaltmaq üzrə sazişin uzadılmasına razı olmadılar. OPEC koronavirus səbəbi ilə tələbin azalmasına və neftin qiymətinin aşağı düşməsinə cavab olaraq hasilatı 2020-ci ilin sonuna qədər əlavə olaraq gündəlik 1,5 milyon barel azaltmağı təklif edib, amma Rusiya sazişin yalnız əvvəlki şərtlərlə uzadılmasına razılıq verib.
Bundan sonra Səudiyyə Ərəbistanı hasilatı aprel ayından gündəlik 12,3 milyon barelə qədər artırmağı planlaşdırdığını açıqlayıb. Buna cavab olaraq Rusiya hasilatı gündə 200-300 min barel, gələcəkdə isə 500 min barel artırmaq imkanını açıqlayıb.
Martın 18-də Londonun ICE birjasında sövdələşmələr zamanı “Brent” markalı neftin 2020-ci ilin may ayı fyuçerslərinin qiyməti 1,5% azalaraq bir barel üçün 28,3 ABŞ dollarına qədər azalıb. WTI markalı neftin qiyməti isə 2,7% ucuzlaşıb/Report.
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib