İranda koronavirusa yoluxan 103 yaşlı qadın sağalıb

img

18-03-2020 [13:03]


İranın Simnan şəhərində koronavirusa yoluxan 103 yaşlı qadın sağalıb.

Bunu Simnan Səhiyyə Elmləri İnstitutunun rektoru Nəvid Danai bildirib.

Onun sözlərinə görə, ahıl qadın xəstəxanada koronavirusdan müalicə olunaraq evə buraxılıb.

Rektor xəstənin adını açıqlamayaraq bildirib ki, 103 yaşlı qadın bir həftə Simnanda Kövsər xəstəxanasında müalicə olunub.

Məlumata görə, koronavirusdan yaşlıların sağalması hadisəsi əvvəl də olub. Çinin Uhan şəhərində 100 yaşlı, İranın Bəm şəhərində isə 91 yaşlı xəstə sağalıb. 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 988 nəfər olduğunu açıqlayıb.

O bildirib ki, daha 1 178 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 16 169 nəfərə çatıb.

K.Cahanpur həmçinin 5 389 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR