"Azercell" növbəti kampaniyaya start verdi​​​​​​

img

17-03-2020 [20:16]


17 mart, Torpaq çərşənbəsində “GəncOl 9” tarifi çərçivəsində “Azercell Telekom” abunəçiləri mobil internetə 33% endirim əldə edərək 6GB internet paketini sadəcə 6 manat məbləğinə əldə edə bilər.

Şirkətdən Mia.az-a verilən məlumata görə, qoşulmaq üçün abunəçilər 7575 qısa nömrəsinə “G9” yazaraq göndərməli və ya endirimi “Kabinetim” mobil tətbiqində aktivləşdirməlidir.

Qeyd edək ki, “Azercell” fevral ayının 25-dən başlayaraq hər çərşənbə axşamı xüsusi endirim kampaniyaları keçirir və müxtəlif tarif və internet paketlərinə qoşulma zamanı endirimlərdən yararlanmaq imkanı yaradır. Mobil operator ötən həftələrdə “Sərbəst 15” paketinə 20%, “Limitsiz Gecə” paketinə 50%, “Aylıq 30 GB” internet paketinə qoşularkən isə 20% xüsusi endirim təqdim edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR