Səudiyyədən neft bazarını alt-üst edən daha bir qərar: gündəlik neft ixracı 10 milyon barel artırılacaq 

img

17-03-2020 [18:09]


Səudiyyə Ərəbistanı may ayından etibarən gündəlik neft ixracını 10 milyon barelə çatdıracaq.

Bu barədə Səudiyyə Ərəbistanı Energetika Nazirliyinin rəsmisi məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, Səudiyyə Ərəbistanı “Fadhili” yatağından istehsal edilən neftin təxminən 250 min barelini daxili istehlaka yönəldəcək.

Bu da növbəti aylardan neft ixracının artıraraq gündəlik 10 mln bareli keçməsinə imkan verəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR