Çində koronavirusun müalicəsi üçün 8 peyvənd dərmanı hazırlanıb

img

17-03-2020 [15:16]


Çində indiyədək COVID-19 virusunun müalicəsi üçün 8 peyvənd dərmanı hazırlanıb.

TASS xəbər verir ki, bu barədə Çin Tibbi Elmlər Akademiyası Laboratoriya Heyvanları İnstitutunun əməkdaşı brifinqdə bildirib.

Geni dəyişdirilmiş siçan və makaklar üzərində aparılan sınaqlar nəticəsində həmin dərmanlardan bəzilərinin səmərəli olduğunun artıq sübuta yetirildiyi qeyd olunub.

Brifinq zamanı ölkənin Təhsil Nazirliyinin Elm və texnologiya departamentinin direktoru Lei Çaoci ali məktəblərdə hazırlanan dərmanların tezliklə klinik sınaqlarına başlayacağının gözlənildiyini diqqətə çatdırıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR