Mərkəzi Bank da "məsafəli rejim"ə keçdi

img

17-03-2020 [14:54]


Baş nazir Əli Əsədovun mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət qurumlarına ünvanladığı məktubunda koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə aparılması məqsədilə martın 16-da verdiyi tapşırıqlar nəzərə alınmaqla Azərbaycan Mərkəzi Bankında (AMB) vətəndaş müraciətlərinin qəbulu rejiminə dəyişikliklər edilib.

Mia.az Mərkızi Banka istinadla xəbər verir ki, AMB-nin inzibati binalarında vətəndaşların qrup və fərdi surətdə qəbullarının müvəqqəti təxirə salınması ilə əlaqədar qurumda fəaliyyət göstərən qaynar xəttin iş rejimi gücləndirilib, operatorların sayı artırılıb, iş günlərində “qaynar xətt”in fasiləsiz iş qrafiki təmin edilib, “Skype” proqramı vasitəsilə onlayn rejimdə videoqəbul təşkil olunub.

Bununla əlaqədar vətəndaşlardan aşağıdakıların nəzərə alınması xahiş olunur:

- Vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yazılı qaydada poçt, elektron qaydada isə “Elektron müraciətlər sistemi” (https://contact.e-cbar.az/) vasitəsilə həyata keçirilir.

- Yazılı müraciətlər AMB-də quraşdırılmış məktublar qutusuna atıla bilər;

- Müraciətlərin qəbulu və onların icra vəziyyəti ilə bağlı vətəndaşların məlumatlandırılması (012) 493-50-58 nömrəli “qaynar xətt” və (012) 493-11-22 nömrəli adi telefon vasitəsilə həyata keçirilir.

- Vətəndaşların “Skype” proqramı üzərindən [email protected] elektron poçt ünvanına zəng etməklə videoqəbulu həyata keçirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR