Ukraynadakı diaspor təşkilatlarımız yenə də "yola getmirlər"? - İSBAM sədrindən açıqlama

img

16-03-2020 [17:42]


"14 aprel 2019-cu ildə Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Radası yaradıldı. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin UAR-nın həmsədrləri oldular. Diasporla Dövlət Komitəsinin sədri Fuad Muradov da həmin tədbirdə iştirak etmişdir. Məhz bu birliyin də təşəbbüskarı Diaspor Komitəsi olmuşdur. Ancaq bir ilə yaxındır Radanın yaranmasına baxmayaraq bu ölkədə konkret heç bir irəliləyiş yoxdur".

Mia.az xəbər verir ki, bu sözləri İçtimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli deyib.

O bildirib ki, yuxarda adı çəkilən hər üç təşkilatın birgə heç bir fəaliyyəti gözə dəymir: "Dünən Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin tərəfindən Novruz tədbiri keçirilib. Əldə etdiyim məlumata əsasən, bayram tədbirinə nə Rövşən Tağıyev, nə də Hikmət Cavadov dəvət edilməyib. Rada və Ukraynadakı diasporun durumu ilə bağlı daha geniş yazı ilə yaxın günlərdə çıxış edəcəyəm".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR