"Bir neçə əməkdaşa töhmət verilib, bir neçə əməkdaş işdən çıxarılıb" - İdarə rəisi niyə vəzifədən getdi?

img

16-03-2020 [14:39]


Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (Bakı şəhərini əhatə edir) rəisi Əlişah Rəcəbovu vəzifədən çıxarıb.

Nazirin digər əmri ilə Vaqif Cavadov həmin vəzifəyə təyin olunub.

Mia.az-a daxil olan məlumata görə,  Əlişah Rəcəbovun vəzifədən çıxarılması rəhbərlik etdiyi qurummda aşkarlanan korrupsuya və digər qanunsuzluqlar olub. Hətta idarədə aparılan yoxlamanın nəticələrinin müvafiq hüquq-mühafizə orqanlarına göndərildiyi də iddia olunub.

Məsələ ilə bağlı Mia.az-a açıqlama verən nazirliyin mətbuat katibi İradə İbrahimova 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsində yoxlama aparılmasını təsdiq edib: "Bəli, nazirliyin öz xətti ilə sözügedən qurumda daxili audit yoxlaması aparılıb. Bu cür yoxlamalar mütəmadi olaraq Nazirliyin bütün qurumlarında keçirilir".

Mətbuat katibi bildirb ki, daxili audit yoxlaması nəticəsində idarədə müəyyən çatışmazlıqlar qeydə alınıb: "Bu da yoxlama müddətində aradan qaldırılıb. Bir neçə əməkdaşa işlərində yol verdikləri səhlənkarlığa görə töhmət verilib, bir neçə əməkdaş işdən çıxarılıb.  İdarənin direktoru Əlişah Rəcəbov isə öz ərizəsi ilə işdən azad edilib".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR