Gürcüstanda koronavirusa yoluxan ikinci şəxs sağalıb

img

15-03-2020 [15:23]


Gürcüstanda koronavirusa yoluxan ikinci şəxs sağalıb.

Bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Marina Ezuqbaya bildirib.

O deyib ki, İrandan qayıdan həmin pasiyentlə bağlı ötən gün koronavirusla bağlı aparılan testin cavabı mənfi olub: “24 saat ərzində təkrar analiz aparılacaq və əgər cavab yenidən mənfi olsa, biz həmin şəxsin tam sağaldığını deyə biləcəyik”.

Qeyd edək ki, ötən gün Gürcüstanda koronavirusa ilk yoluxan azərbaycanlı da sağalmağa başlayıb. Onunla bağlı təkrar test aparılıb və nəticələr bu gün ərzində açıqlanacaq.

Hazırda Gürcüstanda koronavirus diaqnozlu 30 pasiyent var. Karantində 439, stasionar nəzarətdə isə 64 nəfər saxlanılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR