Hərbi hissədə ağacəkmə aksiyası keçirilib

img

14-03-2020 [23:55]


Dövlət Miqrasiya Xidmətinin yanında ictimai şuranın üzvü, “Optimist” Sosial Problemlərin Həllinə Yardım ictimai birliyinin sədri  Habil Niftalının və Azərbaycan Vətən Müharibəsi Veteranları ictimai birliyinin şöbə müdiri Akif Abbasovun təşəbbüsü və təşkilatın Ağcəbədi rayonu şöbəsinin sədr və üzvlərinin iştirakı ilə N saylı hərbi hissədə zabit, gizir və əsgər heyəti ilə birlikdə hərbi hissəsində ağacəkmə aksiyası keçirilib. 

Habil Niftalı Mia.az-a açıqlamasında bildirib ki, ölkə ərazisində təbii sərvətlərin təkcə qorunması deyil, həm də artmasına öz tövhələrimizi verməli, bu və bu kimi təşəbbüslərimizi paytaxtdan kənarda yerləşən rayonlarda həyata keçirməliyik.

Sədr onu da vurğulayıb ki, bu kimi işlər davamlı olacaq, yeni proyektlər bu il ərzində təşkilatın proqramına daxil edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR