ÜST: Koronavirusa yoluxanlardan 72 556 nəfər sağalıb

img

14-03-2020 [20:35]


Yeni koronavirusa (COVID-19) yoluxanların sayı 146 314-ə çatıb.

Ümumdünya Səhiyyə Təşkilatının martın 14-nə olan statistikasında bildirilir ki, xəstələrdən 5442 nəfəri ölüb, 72 556 nəfəri sağalıb.

Məlumatda deyilir ki, Avropa ölkələrində vəziyyət çox ciddidir. Xüsusilə İtaliya, İspaniya, Fransa və Almaniyada yeni yoluxma halları artır. Norveç, İsveç, İsveçrə və Niderlandda da yoluxma faizi kifayət qədər yüksəkdir.

İran və Cənubi Koreyada da yeni yoluxma halları artır, İranda ölüm faizi isə rekord səviyyədə artmaqdadır.

Qeyd edək ki, Azərbaycanda 19 nəfərdə yeni koronavirus aşkarlanıb, onlardan 6-sı müalicə olunaraq sağalıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR