Haviyer Solana koronavirusa yoluxub

img

14-03-2020 [19:44]


NATO-nun keçmiş baş katibi Haviyer Solana koronavirusa yoluxub.

"Reuters"in verdiyi xəbərə görə, bu barədə sabiq baş katibə yaxın mənbə məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, NATO-nun 77 yaşlı sabiq baş katibi Haviyer Solana martın 11-də Madriddə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin yaxşılaşdığı və həkim nəzarətində olduğu bildirilib.

Qeyd edək ki, Haviyer Solana 1995-1999-cu illərdə NATO-nun baş katibi, 1999-2009-cu illərdə Avropa İttifaqının Xarici Siyasət üzrə Ali Nümayəndəsi, 1992-1995-ci illərdə Baş nazir Felipe Gonzalezin başçılıq etdiyi hökumətdə İspaniyanın Xarici İşlər naziri olub/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub