Mikayıl Cabbarov əhalini panikaya düşməməyə çağırdı: "Ərzaq və gündəlik təlabat malları ehtiyamız var" - VİDEO

img

14-03-2020 [19:08]


“Azərbaycanda əhalinin gündəlik tələbat malları, o cümlədən, qida məhsulları tələbatının ödənilməsində heç bir problem yoxdur”. 

Mia.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov son günlər mağazalarda müşahidə olunan kütləvi alışla bağlı məsələyə münasibət bildirərkən deyib.  

Nazir qeyd edib ki, hazırda ticarət şəbəkələri, mağazalar və anbarlarda gündəlik tələbat malları, o cümlədən, ərzaq məhsulları ilə bağlı kifayət qədər ehtiyat mövcuddur və panikaya heç bir əsas yoxdur.  

Nazir onu da bildirib ki, Azərbaycanda tibbi maska müəssisəsi də fəaliyyətə başlayacaq: “Tibbi maskalara gəldikdə, bununla bağlı addımlar atılır. Növbəti həftələrdə ölkəmizdə irihəcmli tibbi maskaların istehsalı müəssisəsi fəaliyyətə başlayacaq. Bununla bağlı avadanlıq alınıb və ölkəmizə gətirilib”.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR