ABŞ hərbi bazası yenə raketlə vuruldu - Yaralılar var

img

14-03-2020 [15:07]


İraqda ABŞ hərbi bazası yenidən atəşə tutulub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bağdadın şimalında yerləşən və ABŞ, eləcə də başqa koalisiya üzvü olan ölkələrin hərbçilərinin yerləşdirildiyi Taci bazasına atılan raketlər nəticəsində 2 iraqlı hərbçi yaralanıb.

Qeyd edək ki, bir neçə gün əvvəl bu baza yenə də raketlə vurulmuşdu. Nəticədə 2 amerikalı və 1 britaniyalı hərbçi həlak olub. 

İddialara görə, bu hücumları İraqdakı İranmeylli qüvvələr təşkil edir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub