İranda daha 97 nəfər koronavirusdan ölüb

img

14-03-2020 [14:55]


İranda daha 97 nəfər koronavirusun qurbanı olub.

İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 611 nəfər olduğunu açıqlayıb.

O bildirib ki, daha 1 365 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 12 729 nəfərə çatıb.

K.Cahanpur həmçinin 4 339 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR