Oqtay Şirəliyevin qızından qəzəbli mesaj: "Atam sağlamlığını qurban verərərək, gündə 24 saat işləyir..."
14-03-2020 [11:03]
"Məhkəməyə verməyəcəm, baxmayaraq ki, mənim haqqımda yalan məlumatlar yaydıqlarına görə təzminat tələb edə bilərdim".
Mia.az APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevin qızı, Moskva vilayətinin qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun professoru Nərmin Şirəliyeva bildirib.
Azərbaycan KİV-lərində onun haqqında yayılan "Oqtay Şirəliyevin qızı xristianlığın erməni təriqətini qəbul edib" kimi informasiyaları şərh edən Nərmin Şirəliyeva bunları deyib:
"Bilirsiz, belə anlarda insan qorxmağa başlayır, sonra isə sən qəzəbi, ağrını, hirsini dəf edirsən, anlayırsan ki, nələrisə ciddi çəkildə dəyişməyin vaxtı çatıb. Düşünün ki, hər hansı bir xəstə və ya yaramaz şüurlu birisi sənin haqqında hər hansı bir cəfəngiyyat söyləyə, fantastik hekayə uydura bilər və bunu informasiya məkanına buraxa bilər, harada ki, bunu ciddi şəkildə müzakirə edən insanlar tapılır. Üstəlik, bu hekayə üçün heç bir sənədli sübutlar lazım deyil, heç olmasa adamın həmin məkanda, həmin vaxtda fotosu olsa... heç nə... ancaq kiminsə sözləri... Mən bütün bayramı, martın 7-dən 9-na kimi Soçidə, istedadlı uşaqlar üçün "Sirius" Təhsil Mərkəzində olmuşam. Beynəlxalq Caz Festivalının, İqor Butmanın qonağı olmuşam.
Yeri gəlmişkən, bu, sosial şəbəkələrdə çox nəzərə çarpır. Mən Olimpiya parkından foto yerləşdirmişdim və "Sirius" elm və incəsənət Parkının rəsmi səhifəsi daxil olmaqla festivalın komandalarının paylaşımlarında da mən varam. Birdən bildim ki, həmin vaxt mən, sən demə, erməni kilsəsində olmuşam, üstəlik, sağlamlığı ilə əlaqədar uzun müddətdir ki, ictimaiyyətə görünməyən Armen Ciqarxanyanla birlikdə. Sual olunur: Əgər sizə tanış olmayan və pislik etməmiş birinə hansısa iyrəncliyi dözülməz dərəcədə etmək istəyisənsə, heç olmasa hazırlaşın, nəsə oxuyun, heç olmasa sosial şəbəkələri oxuyun. Amma yox, başa düşürsüz, bu cür insanlar əvvəldən təhsilli deyillər, onlar özünüinkişaf qabiliyyətindən məhrum olunublar, ümumiyyətlə, hansısa istedaddan məhrumdurlar. Onlar dünyadakı şəri çoxaltmaqla bunun əvəzini çıxırlar. Xüsusilə xoşagəlməz haldır ki, bu, mənim atama toxunur, hansı ki, sağlamlığını qurban verərərək gündə 24 saat işləyir ki, öz ölkəsinə xidmət etsin, ölkə virusla çətin vəziyyətdən ən az itkilərlə çıxısın.
Bundan çıxış yolu bir dənədir - yaxşı işlərdə, yaxşı addımlarda birləşmək, açılışlar etmək və onlar haqqında maraqlı mətnlər yazmaq. Mən onları məhkəməyə verməyəcəm, baxmayaraq ki, mənim haqqımda yalan məlumat yaydıqlarına görə təzminat tələb edə bilərəm - Bunu bu iyrənc hekayənin heç bir yerdə əks olunmaması, çoxalmaması üçün edirəm. Pis əməllər hər zaman daha böyük qisasla qayıdır, yalan danışanların və ədavəti şişirdənlərin başında çatlayır. Buna mənim şübhəm yoxdur".
Mia.az
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib
5 MİN MANATADƏK QEYSƏRİYYƏ ƏMƏLİYYATLARI: bazar, yoxsa...? - Hansı həkim neçəyə edir? (SİYAHI)
"Aston Villa" məşhur məşqçi ilə müqaviləni uzadıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə 43 əfqan saxlanılıb
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
Millimiz Belarusa uduzub
Arda Gülər "Real Sosyedad"lə oyuna əsas heyətdə meydana çıxacaq
“Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik" - İlham Əliyev quru sərhədlərin bağlanmasından danışdı
Xankəndidə silah-sursat aşkarlanıb
Aparıcı: "Vado Korovinin "Space"yə rəhbərlik edib-etməyəcəyi bəlli deyil" - "Allah heç kimi heç kimin yanında xəcalətli etməsin"
Pul, reytinq, əxlaq... - Lalə Azərtaş getdi, bəs o biri verilişlər də bağlanacaqmı? (Açıqlamalar)
AQC Direktorlar Şurasının yığıncağı keçirilib
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İLHAM ƏLİYEV BEYNƏLXALQ FORUMDA: "Biz onlara bu şansı verməyəcəyik" - FOTOLAR (YENİLƏNİR)
Nigeriyada terrorçular "at oynadır" - Daha 15 nəfər öldürülüb, xeyli qadın qaçırılıb
Polis və prokurorluğa çağırışdan boyun qaçırma... - Bu halda axtarış da elan ediləcək (Yeni qanun)
"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır" - "Biz oturub gözləyə bilmərik"
“Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik olunub
Azərbaycanla Ermənistan sərhədləri müəyyənləşir: koordinatlar dəqiqləşdirilib - Rəsmi açıqlama yayıldı (Yenilənib) - FOTO
Türkiyədə daha bir mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib
Gömrük sədri Bakı gömrüyündə qapıda qalıb... - Maraqlı oay