AMEA-nın kitabxanası tibbi xidmət göstərəcək - Ramiz Mehdiyevdən sərəncam

img

13-03-2020 [17:55]


AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) oxucular, əməkdaşlar və akademiyanın digər elmi müəssisələrinin işçiləri üçün tibbi xidmət göstərəcək.

AMEA-dan Mia.az-a verilən məlumata görəö, bu barədə akademiyanın prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında müvafiq sərəncam verib.

Məlumatda bildirilib ki, kitabxananın ilk tibbi yardım otağı əməkdaşları və oxucuları qəbul etməyə hazırdır:

"Burada koronavirusa oxşar simptomlarla müraciət edən şəxslərə bədən hərarətinin ölçülməsi, boğazın müayinəsi, steril tənziflərin (maskaların) verilməsi, simptomatik müalicə kimi tibbi xidmətlər təklif oluna bilər. Bundan başqa, şikayətlərin toplanılması (anamnez), təhlükəsiz davranış üzrə təlimatlandırma (çap formatda), MEK-in ərazisinin müntəzəm olaraq sanitar-gigiyenik işlənilməsi də göstəriləcək tibbi xidmətlər sırasındadır.

Qeyd edək ki, martın 19-da kitabxanada əsaslı sanitar-dezinfeksiya işlərinin aparılması nəzərdə tutulub.

Buna görə də, MEK koronavirus təhlükəsi ilə əlaqədar ölkədə həyata keçirilən tədbirlər çərçivəsində oxuculara xidməti martın 13-ü saat 14:00-dan etibarən müvəqqəti dayandırıb. Qeyd olunub ki, kitabxana qeyri-müəyyən vaxta qədər oxuculara xidmət göstərməyəcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR