Çempionlar Liqası ilə Avropa Liqasının oyunları dayandırıldı

img

13-03-2020 [14:48]


UEFA Çempionlar Liqası və Avropa Liqasının ələn həftəyə nəzərdə tutulan bütün oyunlar təxirə salınıb.

Mia.az xəbər verir ki, bununla da martın 17-18-nə planlaşdırılan ÇL-in 1/4 final mərhələsinin "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya), "Yuventus" (İtaliya) - "Lion" (Fransa) görüşləri, AL-in 1/8 final mərhələsinin martın 19-da keçirilməli olan cavab qarşılaşmaları, UEFA Gənclər Liqasının 1/4 final mərhələsinin bütün qarşılaşmaları baş tutmayacaq.

Matçların yeni tarixi barədə qarşıdakı günlərdə məlumat veriləcəyi bildirilib.

Bundan başqa, martın 20-nə planlaşdırılan Çempionlar Liqası və Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi də təxirə salınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR