Tbilisidə bağlanan otellərin sayı artır
 

img

13-03-2020 [14:52]


Koronavirusla bağlı vəziyyətlə əlaqədar olaraq Tbilisidə fəaliyyətini dayandıran otellərin sayı artır.

Bu barədə yerli “IPN” agentliyinə ölkənin Mehmanxana və Restoranlar Federasiyasının rəhbəri Şalva Alaverdaşvili bildirib.

Onun sözlərinə görə, hazırda şəhərdə 15-ə yaxın otel müvəqqəti olaraq bağlanıb.

Federasiya rəhbəri deyib ki, mart-aprel ayları ilə yanaşı, may ayına olan rezervasiyalar da ləğv olunur.

O, turizm sektorunun hökumətdən konkret qərarlar gözlədiyini qeyd edib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR