Rusiyalı ekspert: Günəş panelləri olanda meşə qırmağa lüzum qalmır

img

13-03-2020 [14:40]


Alternativ enerji mənbələrindən, o cümlədən günəş panellərindən istifadə olunması hybrid sistemi olduqda şəbəkə enerji təchizatından asılılığa son qoyur, həmçinin ətraf mühitə ziyan yetirən dizel generatorlarından yaxa qurtarmaq imkanı yaradır.

Bu barədə “Report”un Rusiya bürosuna qonşu ölkədəki “Dövlət planlaşdırmasının şərq mərkəzi” federal elmi müəssisəsinin baş eksperti Sergey Mayorov bildirib.

Günəş panellərinin üstünlüklərindən bəhs edən ekspert su qızdırmaq üçün rahat olan günəş kollektorları, habelə istilik nasosları istifadə olunduğu haldameşələri qırmağa lüzum qalmadığını qeyd edib: “Həmin cihazların hər hansı zərərli tullantı verməməsi ekoloji şəraitə müsbət təsir göstərir”.

Bundan əlavə günəş panelləri quraşdırmağın da çətin məsələ olmadığı bildirilib: “Həmin qurğuların naqil girişləri və istifadə təlimatı varsa, günəş enerji stansiyasını quraşdırmaq LEGO quraşdırmaqdan çətin deyil. Hərçənd günəş panellərini dama quraşdırmaq üçün mütəxəssis dəvət etmək məsləhətdir”.

Mütəxəssisin dediyinə görə 15 kVt-dək gücə malik günəş elektrik stansiyası avadanlığı 10 min ABŞ dollarınadək qiymətə başa gəlir.

Hazırda Rusiyada bərpa olunan enerji mənbələrindən yararlanmaq təcrübəsi getdikcə yayılır. Ekspert bu barədə bildirib ki, ölkənin ümumi enerji balansında bu mənbələrin payı hələlik çox olmasa da, get-gedə artır, bərpa olunan mənbələrə əsaslanan əlahiddə enerji qurğuları ucqar bölgələrdə də istifadə olunmağa başlayıb.

Bu gün Azərbaycanda elektrik enerji istehsalında alternative mənbələrin payı 20 faizdir. Sözügedən sahəyə diqqət getdikcə artırılır. 2030-cu ilədək həmin mənbələr hesabına elektrik enerji istehsalının payını 30 faizə, enerji istehsalı gücünü də 3461 mVt-a çatdırmaq nəzərdə tutulur. Yəni qarşıdakı dövrdə bərpa olunan mənbələr hesabına 925 mVt yeni güc yaradılmalıdır.

Xatırladaq ki, bu ilin 9 yanvar tarixində Energetika Nazirliyinin “ACWA Power” (Səudiyyə Ərəbistanı) və “Masdar” (BƏƏ) şirkətlərilə imzaladığı icra müqavilələrinə əsasən birinci şirkət pilot layihəsi çərçivəsində ölkəmizdə 240 mVt-lıq külək elektrik stansiyası, ikincilər isə 200 mVt-lıq günəş elektrik stansiyası tikəcək. Həmin iki stansiya hesabına ölkədə illik elektrik enerji istehsalı 1,4 milyard kVt/saat həcmində olacağı gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR