Türkiyədə məmurların xarici ölkələrə səfərləri təxirə salındı

img

13-03-2020 [14:19]


Türkiyədə dövlət məmurlarının xarici ölkəyə istənilən səfəri rəsmi olaraq dayandırılıb.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı sərəncam martın 13-də “Resmi Gazete”də yayılıb.

Qeyd edək ki, martın 12-də Türkiyədə prezidentin sədrliyi ilə koronavirusla bağlı müşavirə keçirilib. Müşavirədə Rəcəb Tayyib Ərdoğanın səfərlərinin təxirə salınması, bütün təhsil müəssisələrinin bağlanması, bütün kütləvi tədbirlərin keçirilməsinin təxirə salınması haqqında qərar qəbul edilib.

Xatırladaq ki, Türkiyədə 2 nəfərin koronavirusa yoluxması faktı qeydə alınıb. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 127 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 134 919-a çatıb. Bunların 70 396 nəfəri sağalıb, 4 990 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR