Nizami Cəfərov: "Cəmil Həsənli heç bir rayonu da idarə edə bilməz"

img

25-09-2013 [09:55]



"Ölkəmizin inkişaf strategiyası var. Onu qaralamaq mümkün deyil. Bu gün dostlarımız da, düşmənlərimiz də etiraf edirlər ki, İlham Əliyevin alternativi yoxdur.

 Mia.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.

Onun sözlərinə görə, ölkəmizdə sürətli inkişaf getdiyi halda, müxalifətdə geriləmə prosesi gedir. Milli Şura və digər bu kimi keçmişdə qalmış qurumlar yaradırlar. Millət vəkili hesab edir ki, bu cür qurumları yaratmağın heç bir mənası yoxdur.

"Cəmil Həsənlini biz həmişə yaxşı alim və tarixçi kimi tərifləmişik. Ancaq adam gərək bacardığı işlə məşğul olsun. Dövlət idarəçiliyi tamam ayrı sahədir. Cəmil Həsənli heç bir rayonu da idarə edə bilməz. İdarəçilik ayrı bir şeydir”, - N.Cəfərov vurğulayıb.

Həmsöhbətimiz Cəmil Həsənlinin televiziya debatlarındakı çıxışına da münasibət bildirib.

"Bu debatlarda əsas iş olan ölkənin taleyi qalır bir tərəfdə, məsələyə dəxli olmayan söhbətlər edirlər. Bir vaxtlar belə şeylərin reaksiyası olurdu, maraq doğururdu. İndi o da heç maraq doğurmur”, - o əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA