Saatlıda qəbristanlıqda oğurluq edilib

img

13-03-2020 [12:37]


Saatlı rayonunda qəbristanlıqda oğurluq hadisəsi baş verib.

Bu barədə Mia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 9-da Əhmədbəyli kəndi ərazisində yerləşən qəbristanlıqdakı məzarlardan birinin ətrafına quraşdırılan məhəccərin alüminiumdan olan bəzək əşyalarını oğurlamaqda şübhəli bilinən kənd sakini M.Əsgərov saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR